Xidmətlərə daxildir

Qarışıq və ya multimodal daşımalar yükdaşıma sahənin ən çətin növlərindən biridir. Məhsulun daşınma zamanı daha doğru yol tapmaq üçün müxtəlif növ daşımaları səmərəli şəkildə birləşdirmək mümkündür: avtomobil və dəmiryolundan tutmuş, dəniz və aviadaşımalara qədər.

Sərfəli daşınma yolunun müəyyən edilməsi məqsədilə müxtəlif növ daşımalar (avtomobil və dəmiryolundan tutmuş, dəniz və aviadaşımalara qədər) birləşdirilir. Bu vasitədən istifadə edərək, yükdaşımanın qiymətinə qənaət etmiş və çatdırılma müddəti azaltmış olur.

  • Vahid idarəedici mərkəzin olması
  • Uyğun nəqliyyat vasitəsinin və marşrutun seçilməsi
  • Prosesin hər bir mərhələdə diqqətlə kontrol edilməsi
Bu sahədə təcrübəmiz aşağıdakı imkanlar verir:

  • Hər bir müştəri üçün fərdi şəkildə hazırlanmış, multimodal daşınmanı əks etdirən sxem
  • Yükdaşıma prosesində, istənilən növ nəqliyyat (avtomobil, avia, dəmiryolu, dəniz yolu) cəlb edərək, eyni zamanda istifadə edilməsi
  • Məhsulu “qapıdan-qapıya” çatdırmaq
  • Məhsulun gömrük rəsmiləşdirilməsi
  • Yüklərin sığortası
  • Anbarlanma xidmətləri (Şirkətimizin dünyanın 6 ölkəsində depoları mövcüddur)
  • Kadrlarımızın böyük iş təcrübəsi və yüksək ixtisası yükün yolda təhlükəsizliyinə və onun nəqlinin hər bir mərhələsində operativliyə zəmanət verir.

Avtomobil yolunun rahatlığı sayəsində, yüklərin çatdırılması üçün avtodaşımalar dünya üzrə ən tanınmış vasitələrdən biridir. Şirkətimizin peşəkarları, operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək, yükün təhlukəsiz və keyfiyyətli avtoyükdaşıma təmin edirlər. Avtomobil yolu ilə yükdaşımalar xidmətindən istifadə etməklə, siz hər zaman keyfiyyət, tez çatdırılma, yüklərin yüklənib-boşaldılması, eləcə də təhlükəsizlik seçirsiniz. Sizin yük bütün yol boyu tam təhlükəsizlikdə olacaqdır. Bizim müştərilər sənaye və ticarətin müxtəlif sahələrini təmsil edir və LCL tipli yüklər (məsələn, altlıqlar, yeşiklər vəs.), qrupaj yüklər, qismən və ya tam avtomobil yükdaşımalarını daima həyata keçirməkdədir. ABA Logistics dünyanın 6 ölkəsində (İtaliya, Almanıya, Romaniya, Türkiyə, Rusiya və Ukrayna) öz depolarına malikdir.

Avtomobil yolu ilə yükdaşımaların üstünlükləri

  • Operativlik
  • İstənilən nöqtəyə və qısa müddət ərzində çatdırılma
  • Yük birbaşa ünvana çatdırılır
  • İndividual marşurutun təyyin edilməsi
  • İlkin seçilmiş marşurut müəyyən səbəblərdən (tıxac, yol-təmir işləri və s.) öz aktuallığını itirərsə, yükün daşınması, razılaşdırılmış tarixə, başqa marşurut üzrə həyata keçiriləcəkdir.

İrihəcmli yüklərin dəmiryolu ilə daşınması ən etibarlı və təhlükəsiz daşıma növlərindən biridir. “ABA Logistics” şirkəti isə bu növ xidmət üçün maliyyə tərəfindən sərfəli təkliflər edir.

Aşağıdakı proseslərə nəzarət edərək yükünüzün çatdırılma ünvanına vaxtında gətirilməsinə zəmanət veririk:

  • Yükləmə
  • Təyinat məntəqəsinə çatdırılma
  • Tranzit məntəqələrdə malların təhlükəsizliyi
  • Qablaşdırılma və markalanma
  • Malların boşaldılması və anbarlanması

  • Bizim şirkətdə yüklərin nəqlinin bütün mərhələləri dəqiq nizamlanmışdır, ona görə də siz öz yükünüzü çəkinmədən bizim mütəxəssislərə həvalə edə bilərsiniz. Biz bunlara çox diqqətlə nəzarət edirik:

    Dəmiryolu ilə yükdaşımaların üstünlükləri
  • Yükün nəqlinin aşağı xidmət haqqı
  • Qısa çatdırılma müddətləri
  • Yüklərin daha böyük həcmlərdə daşınma imkanları
  • Təsdiqlənmiş təhlükəsizlik

Dəniz nəqliyyatı bir çox hallarda təcili ehtiyacdır, bəzən isə yükün lazımı yerə çatdırılması üçün yeganə mümkün vasitədir.

“ABA Logistics” şirkəti beynəlxalq konteyner və qabaritsiz dəniz daşımaları təklif edir, Yüklərin ABŞ-dən, Çin-dən, Avropadan Azərbaycana və əks istiqamətdə olan daşınmasına tam təhlükəsizliyinə zəmanət verir.

Dəniz nəqliyyatı ilə yüklərin daşınması zamanı yükdaşıyıcının seçimi üzrə ciddi meyarlar nəzərdə tutulmuşdur. Bu meyarlara uyğun olaraq, biz beynəlxalq logistika sahəsində bütün xidmətlərimizi yüksək keyfiyyətlə həyata keçiririk. Bunlara aşağıdakılar daxildir:

  • Konteynerlərin daşınması üzrə xidmətlər (FCL)
  • Layihə yükdaşımaları
  • Konteynerlərə texniki xidmətin göstərilməsi üçün terminallar və şirkətin konteynerlərində yüklərin daşınması üzrə xidmətlər

  • Dəniz yolu ilə yükdaşımaların üstünlükləri
  • Universallıq – müxtəlif növ yüklərin (neftdən tutmuş sənaye mallarına kimi) daşınmasına imkan verir.
  • Tezsınan malların təhlüləsiz daşınmasına şərait yaradır.
  • Mütəxəssislərimiz bu daşımalar üçün lazımı şərait yaradıb, hər bir daxil olan istek və sifarişə individual olaraq yanaşırlar.
  • Əməkdaşlığın rahatlığı üçün, müxtəlif ödəniş formaları nəzərdə tutulmuşdur.

Yükunuzun qısa bir müddət ərzində çatdırılması aviadaşıma xidməti vasitəsilə mümkündür. Biz fərdi yanaşma və sərfəli qiymətə zəmanət veririk. Yükün aviadaşıma prosesinə tam nəzarət edirib, istənilən məsələləri operativ şəkildə həll edirik. Yük təhlükəsiz şəkildə, qıda bir müddət ərzində çatdırılır.

  • Aviayükdaşımaları ilə bağlı bütün növ xidmətlər mövcuddur
  • Yükün anbardan hava limanına operativ və təhlükəsiz şəkildə təşkil olunması, sonra isə təyinat nöqtəsinə (qapıyadək) çatdırılması
  • Terminalın ərazisində yükün emalı
  • Yükün müntəzəm uçuşlarla göndərilməsi, həmçinin yük çarteri üçün təyyarələrin fraxt edilməsi.
  • Peşəkar mütəxəssislərimiz bu daşımalar üçün lazımı şərait yaradıb, hər bir konkret sifarışə individual olaraq yanaşırlar.
Xidmətin üstünlükləri

  • Əlverişli qiymətlər
  • Bütün əlaqədar sənədlərin hazırlanması
  • Sığorta, eləcə də sertifikatların alınması
  • Tənzimlənmiş logistika şəbəkəsinin təşkili
  • Bütün marşurut boyu yükün təhlükəsizliyi
  • Keyfiyyətə nəzarət və fərdi yanaşma

Şirkətimiz ölkə üzrə daşımaları bütün müəssisələr üçün rahat və sərfəli etməyə çalışır. Mürəkkəb olan avadanlıqların da yüksək keyfiyyətli çatdırılmasını həyata keçiririk.

Qabaritsiz yükdaşımaları həyata keçirilməsində tələb olunan sənədlərin hazirlanması, razılaşdırılması, icazələrin alınması, eləcədə marşrutun işlənib-hazırlanması və s. kimi məsələlərlə qarşılaşdıqca, mutəxəssislərimiz prosesi sadələşdirərək, operativ yardım göstərməyə hazırdir.

Ölkədaxilində və ya dünya üzrə qabaritsiz yüklərin dəmiryolu vasitəsilə daşınmasını, istənilən miqyaslı və ölçülü yüklərin yük avtomobili ilə daşınmasını həyata keçirirk.

Avtomobil yolu ilə qabaritsiz yüklərin daşınması aşağıdakı hallarda seçilir:
  • Çatdırılmanın operativliyi və tranzit müddətin azaldılması məqsədilə
  • İlkin demontaja gərək olmadan, istənilən qabaritsiz məhsulu gətirilməsi
Dəmiryolu ilə qabaritsiz yüklərin daşınması və onun üstünlukləri:

  • Qeyri-standart ölçülü malların böyük həcmlərdə daşınma imkanı
  • Qeyri standart ağırlığına malik olan yüklərin uzaq məsafələrə və çətin keçilə bilən məntəqələrə operativ çatdırılması
  • Digər nəqliyyat vasitələr üçün çətin olan marşrut və ərazirələrə rahat çatdırılma imkanı
  • Hər bir müştəriyə individual yanaşma

Qrupaj yüklərin çatdırılması - “ABA Logistics” şirkətinin fəaliyyətində prioritet istiqamətlərindən biridir. Biz müştəridən gələn hər bir sorğuya fərdi yanaşırıq. Sizin istəyiniz və yükün harada olmasından asılı olaraq, biz çatdırılmanın müddət və qiyməti haqqında ən optimal variant təklif edə bilərik. Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür. Müxtəlif alıcılara məxsus olan kiçik partiyalardan ibaret olan yüklər bir nəqliyyat vasitə ilə daşınılır. Belə ki, nəqliyyat vasitəni bütovklükdə fraxt etməyə ehtiyac olmur. Qrupaj yüklərin daşınmasının müxtəlif mərhələlərində, çatdırılmanın marşurutundan asılı olaraq, cürbəcür nəqliyyat vasitələrinin xidmətlərindən istifadə mümkündür.

Yüklər, dünyanın istənilən nöqtəsindən, müəyyən marşrut və istənilən nəqliyyat növü (avia, dəmiryolu, dəniz, quru yolu) vasitəsilə, konsolidasiya olan anbarlarımıza çatdırıldıqdan sonra Azərbaycana, eləcədə Gürcüstana doğru göndərilir. Yük müştəri və ya şirkətimiz tərəfindən anbara çatdırıla bilər. Ehtiyac yarandıqda, qablaşdırma və yenidən qablaşdırma xidmətləri göstərilir.

“ABA Logistics” şirkəti özünü, razılaşdırılmış tarixdə yüklərin çatdırılmasına zəmanət verərək, qrupaj yüklərin daşınması üçün ən əlverişli şərait yaradan etibarlı tərəfdaş kimi tanıtmışdır.

Qrupaj yüklərin daşınması zamanı əlavə xidmətlər
  • Sığorta məsuliyyəti
  • Gömrük rəsmiləşdirilməsi
  • İcazə sənədlərinin hazırlanması
  • Müşaiyət etmə (Ekspeditorluq)
  • Qismən çatdırılma
  • Yüklərin anbarda emalı (saxlama, markalama və əlavə qablaşdırma)
Xidmətin üstünlükləri

  • “Qapıdan-qapıya” çatdırılma
  • Dünyanın istənilən nöqdəsindən çatdırılma
  • 1 kq. başlayaraq daşıma
  • Sığorta məsuliyyəti
  • Dünya üzrə konsolidasiya anbarları şəbəkəsi
  • Həmişə əlaqədə olan sizin şəxsi menecer

Müasir nəqliyyat şirkətləri müxtəlif yüklərin daşınmasında daha çox universal və səmərəli həllər tapmağa calışırdığına görə, konteyner ilə daşınmalar geniş yayılmışdır. Bu növ daşınma, yükün operativ və sərfəli çatdırılmasına imkan verir.Konteynerlər standart ölçülərinə malik olduğuna görə, onları müxtəlif növ nəqliyyat vasitələrinə (avtomobillər, dəmiryolu platformaları, gəmilər) quraşdırılması mümkündür. Şəhər və şəhərlərarası yollarla yükdaşımanı həyata keçirən avtomobil konteynerdaşıyıcısı aşağıramalı qoşqudur. Bu qoşquya müəyyən sayda standart konteynerlər yerləşdirilir ki, bu da yükün çatdırılmasını rahat və səmərəli edir.

“ABA Logistics”, nəqliyyat şirkəti olaraq, dünyanın istənilən nöqtəsindən Azerbaycana və əks istiqamətdə konteyner daşımaları üzrə xidmətlər təqdim edir. Sizin üçün xüsusı ayrılmış, təcrübəli mütəxəssisimiz, konteynerin seçimi, yol marşurutunun tutulması və sənədlərin düzgün tərtib olunmasında yardımcı olacaq.

Xidmətin üstünlükləri
  • Konteyner vasitəsilə malların multimodal daşımalar üçün uyğun olması.
  • Konteynerin bir nəqliyyat vasitəsindən digərinə keçirilməsi zamanı, yükün yoxlanılmır.
  • Konteyner daşımalarda, yüklərin həmçinin gruppaj olaraq göndərilməsi mümkündür.
  • Tələblərə uyğun olaraq konteyer ölçülərin seçmə imkanı