QRUPAJ YÜKLƏRİN DAŞINMASI

DƏMİR YOLU DAŞIMALARI

Etibarlı və sürətli

ANBAR XİDMƏTLƏRİ

TAM TIR DAŞIMALARI

KONTEYNER DAŞIMALARI

HAVA YOLU DAŞIMALARI

Bizimlə əlaqə

+994 12 488 68 79

İş saatları

B.e. - C. 09.00 - 18.00

Ünvan

Azure Biznes Mərkəzi
Xidmətlərimiz

Xidmətlərimiz barədə

Konteyner daşımaları

Konteyner ilə daşınmalar daha universal və səmərəli olduğu üçün müasir nəqliyyat şirkətləri müxtəlif təyinatlı yüklərin daşınmasında məhz bu üsuldan istifadə edirlər. Həmçinin konteyner daşınmaları yükün operativ və sərfəli çatdırılmasını təmin edir .

Qrupaj yüklərin daşınması

Qrupaj yüklərin çatdırılması - “ABA Logistics” şirkətinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Biz müştərilərdən gələn hər bir sorğuya fərdi yanaşaraq sizin istəyinizdən və yükün harada olmasından asılı olaraq, çatdırılmanın müddət və qiyməti haqqında ən optimal variant təklif edirik. Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür. Müxtəlif alıcılara məxsus olan kiçik partiyalardan ibarət olan yüklər bir nəqliyyat vasitə ilə rahatlıqla daşınılır.

Qabaritsiz yüklərin daşınması

Qabaritsiz yükdaşımaları həyata keçirilməsində tələb olunan sənədlərin hazırlanması, razılaşdırılması, icazələrin alınması, eləcə də marşrutun işlənib-hazırlanması və s. kimi məsələlərlə qarşılaşdıqda mutəxəssislərimiz prosesi sadələşdirərək, operativ yardım göstərməyə hazırdır.

Multimodal daşımalar

Qarışıq və ya multimodal daşımalar yükdaşıma sahəsinin ən çətin növlərindən biridir. Məhsulun daşınması zamanı daha doğru yol tapmaq üçün müxtəlif növ daşımaları səmərəli şəkildə birləşdirmək mümkündür: avtomobil və dəmiryolundan tutmuş, dəniz və aviadaşımalara qədər.

Dəniz yolu ilə yüklərin daşınması

Dəniz nəqliyyatı bir çox hallarda təcili ehtiyacdır, bəzən isə yükün lazımi yerə çatdırılması üçün yeganə mümkün vasitədir.

Dəmiryolu ilə yüklərin daşınması

İrihəcmli yüklərin dəmiryolu ilə daşınması ən etibarlı və təhlükəsiz daşıma növlərindən biridir. “ABA Logistics” şirkəti isə bu növ xidmət üçün maliyyə tərəfindən sərfəli təkliflər edir.

Avtomobil yolu ilə yüklərin daşınması

Avtomobil yolunun rahatlığı sayəsində yüklərin çatdırılması üçün avtodaşımalar dünya üzrə ən tanınmış vasitələrdən biridir. Şirkətimizin peşəkarları operativ şəkildə istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək yükün təhlukəsiz və keyfiyyətli avtoyükdaşıma təmin edirlər.

Hava yolu daşımaları

Yükünüzün qısa bir müddət ərzində çatdırılması aviadaşıma xidməti vasitəsilə mümkündür. Biz fərdi yanaşma və sərfəli qiymətə zəmanət veririk. Yükün aviadaşıma prosesinə tam nəzarət edir, istənilən məsələləri operativ şəkildə həll edirik. Yük təhlükəsiz şəkildə qısa bir müddət ərzində çatdırılır.

Haqqımızda

Şirkətimiz Haqqında Qısa Məlumat

“ABA Logistics” MMC öz fəaliyyətinə 2006-cı ildən başlamışdır. 14 ildən çoxdur ki, logistika bazarında sözünü deməyə müvəffəq olmuş və özünü etibarlı bir tərəfdaş kimi tanıtmış “ABA Logistics” MMC şirkəti mövcud olan missiya və dəyərlərinə əsaslanaraq, gördüyü işlərlə fərqlilik yaradır, Azərbaycan logistika bazarının inkişafına öz töhfəsini verir. Şirkətin müştəri bazasının günü-gündən genişlənməsi işçi heyətimizin artmasına səbəb olmuş, dünyanın bir çox ölkələrində yeni anbarlarımızın (Avropa, Türkiyə, Rusiya) və istiqamətlərin açılmasına, layihələrin yaradılmasına təsir göstərmişdir. “ABA Logistics” şirkətinin əsas fəaliyyət sahəsi dünyanın istənilən nöqtəsindən və nəqliyyat vasitələrindən (avtomobil, dəmiryolu, hava və dəniz yolu) istifadə edərək, Azərbaycana və əks istiqamətdə beynəlxalq yükdaşımaları həyata keçirməkdir.

Sualın var ?

Sualınızı qeyd edin

Anketi doldurun və sualınızı qeyd edin


Komandamız

Komandamızla tanış olun

İradə Lətif

Logistika Meneceri


Viktoriya Quliyeva

Baş mühasib


Siruz Bəkirli

Mühasib


Müştərilər

Müştəri rəyləri

Fıtness salonu açmağı qərara aldıqda ən böyük problemlərimdən biri lazımlı fitnes alətlərinin və fitnes salonu üçün lazım olan əşyaların xaricdən daşınması idi. Yaxınlarımın tövsiyyəsi ilə bu işi ABA Logisticsə etibar etdim və yaxşı ki də etdim. Düşündüyümdən daha tez müddətdə və əla vəziyyətdə bütün sifarişlərim gəldi. Bu günki uğurumda ABA Logisticsin rolu böyükdür.

Tamerlan Abbasov

Fitnes salon sahibi

Uzun illərdir ki, interyer dizayner kimi işləyirəm və işimin keyfiyyəti daşıma şirkətinin surət və professionallığından asılıdır. ABA Logistics mebel və ləvəzimatların vaxtında çardırılmasının mənim üçün əhəmiyyətini anlayır. Onların öz işlərinə olan diqqəti sayəsində mallarım mükəmməl şəkildə və vaxtında gəlir. ABA Logistics sayəsində gözəl və xoş auralı məkanlar yaratmağ mənim üçün daha da asanlaşıb

Kamil Mirzəyev

İnteryer dizayner

ABA Logisticslə əməkdaşlıq etdiyim vaxtdan bu günə qədər bütün daşıma işlərini yalnız onlara etibar edirəm. İndiyə qədər ABA Logisticslə daşınan məhsullarımın hamısı tam vaxtında gəlib. Buna görədə tanıdığım hər kəsə ABA Logisticsi tövsiyyə edirəm.

Murad Səfərov

Sahibkar

ABA Logisticsi digər logistika şirkətlərindən fərqləndirən onların müştəri xidmətinin hər bir müştəriyə fərdi yanaşmasıdır. Onlarla işləyərkən özümü adi müştəridən daha artığını hiss edirəm. ABA Logistics komandası mənim göndərmə ehtiyaclarımı və seçimlərimi dəqiqləşdirmək üçün kifayət qədər vaxt sərf edirlər.Elə buna görə də onlar öz işlərində ən yaxşısıdır. ABA Logisticsin öz işlərinə bu cür diqqət və qayğısı həqiqətən də təqdirəlayiqdir.

Fazil Muradov

Həkim

Tətil mövsümündə mənə artan sifariş həcminin öhdəsindən gələ biləcək bir logistika şirkətinə ehtiyacım var idi. ABA Logistics bu problemin öhdəsindən asanlıqla gəldi və gözlədiyimdən daha yaxsi oldu. Çox məşğul olmaqlarına baxmayaraq, onlar vaxtında mallarımı çatdırdılar və bağlamalar mükəmməl vəziyyətdə gəldi. Onların sürətli işləməsi və bağlamaları diqqətlə daşımaları biznesimə çox faydalı oldu.

Nahid Şabanov

Ticarətçi