Haqqımızda

Haqqımızda


“ABA Logistics” MMC öz fəaliyyətinə 2006-cı ildən başlamışdır. Artıq 14 ildən çoxdur ki, Azərbaycan logistika bazarında öz sözünü deməyə müvəffəq olmuş və özünü etibarlı bir tərəfdaş kimi tanıtmış “ABA Logistics” MMC şirkəti mövcud olan missiya və dəyərlərinə əsaslanaraq, gördüyü işlərlə fərqlilik yaradaraq Azərbaycan logistika bazarının inkişafına öz töhfəsini verir. Şirkətin müştəri bazasının günü-gündən genişlənməsi işçi heyətimizin artmasına səbəb olmuş, dünyanın bir çox ölkələrində yeni anbarlarımızın (Avropa, Türkiyə, Rusiya) və istiqamətlərin açılmasına, layihələrin yaradılmasına təsir göstərmişdir. “ABA Logistics” şirkətinin əsas fəaliyyət sahəsi dünyanın istənilən nöqtəsindən və nəqliyyat vasitələrindən (avtomobil, dəmiryolu, hava və dəniz yolu) istifadə edərək, Azərbaycana və əks istiqamətdə beynəlxalq yükdaşımaları həyata keçirməkdir.


MİSSİYAMIZ


Müasir nəqliyyat vasitələrindən istifadə etməklə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə beynəlxalq yükdaşımalar üzrə keyfiyyətli xidmət göstərmək, müştəri məmnuniyyətini qazanmaq və qorumaq üçün hər zaman daha yüksək səviyyədə səmərəli təkliflər hazırlamaq, Azərbaycan bazarında beynəlxalq yükdaşımalar üzrə ən qabaqcıl şirkətlərdən biri olmaq üçün bütün vasitələrdən yararlanmaqdır. Hər bir uğurlu biznes işə ciddi yanaşma, vaxtında işi təhvil vermə, yüksək keyfiyyətli xidmət və dəyişən şərtlərə operativ cavab tələb edir. “ABA Logistics” şirkəti bunu anlayır və öz müştərilərinin məmnuniyyəti üçün bu prinsiplərə riayət edir.


 VİZYONUMUZ


Səmərəli və şəffaf iş prinsiplərinə əsaslanaraq, müasir keyfiyyət standartlarına uyğun xidmətlərlə Azərbaycanda və beynəlxalq aləmdə etibar və sabitlik nümunəsi olan bir şirkət olmaq, yüksək xidmət keyfiyyətinə əsaslanaraq müştəri bazasını genişləndirmək, bütün bunları reallaşdırmaq üçün əməli tədbirlər işləyib hazırlamaqdər. Göstərdiyimiz xidmət səviyyəsinin keyfiyyətini artıraraq müştəri məmnunluğunu qoruyub saxlamaq, işçi heyətinin peşəkar fəaliyyətini bundan sonra da inkişaf etdirməkdir.