- Telefon: +994 12 488 68 79
- Email: [email protected]
Müasir nəqliyyat şirkətləri müxtəlif yüklərin daşınmasında daha çox universal və səmərəli həllər tapmağa calışırdığına görə, konteyner ilə daşınmalar geniş yayılmışdır. Bu növ daşınma, yükün operativ və sərfəli çatdırılmasına imkan verir.
Qrupaj yüklərin çatdırılması - “ABA Logistics” şirkətinin fəaliyyətində prioritet istiqamətlərindən biridir. Biz müştəridən gələn hər bir sorğuya fərdi yanaşırıq. Sizin istəyiniz və yükün harada olmasından asılı olaraq, biz çatdırılmanın müddət və qiyməti haqqında ən optimal variant təklif edə bilərik. Qrupaj yüklər kiçik və orta biznes nümayəndələri üçün ən əlverişli çatdırılma növüdür. Müxtəlif alıcılara məxsus olan kiçik partiyalardan ibaret olan yüklər bir nəqliyyat vasitə ilə daşınılır.
Qabaritsiz yükdaşımaları həyata keçirilməsində tələb olunan sənədlərin hazirlanması, razılaşdırılması, icazələrin alınması, eləcədə marşrutun işlənib-hazırlanması və s. kimi məsələlərlə qarşılaşdıqca, mutəxəssislərimiz prosesi sadələşdirərək, operativ yardım göstərməyə hazırdir.
Qarışıq və ya multimodal daşımalar yükdaşıma sahənin ən çətin növlərindən biridir. Məhsulun daşınma zamanı daha doğru yol tapmaq üçün müxtəlif növ daşımaları səmərəli şəkildə birləşdirmək mümkündür: avtomobil və dəmiryolundan tutmuş, dəniz və aviadaşımalara qədər.
Dəniz nəqliyyatı bir çox hallarda təcili ehtiyacdır, bəzən isə yükün lazımı yerə çatdırılması üçün yeganə mümkün vasitədir.
İrihəcmli yüklərin dəmiryolu ilə daşınması ən etibarlı və təhlükəsiz daşıma növlərindən biridir. “ABA Logistics” şirkəti isə bu növ xidmət üçün maliyyə tərəfindən sərfəli təkliflər edir.
Avtomobil yolunun rahatlığı sayəsində, yüklərin çatdırılması üçün avtodaşımalar dünya üzrə ən tanınmış vasitələrdən biridir. Şirkətimizin peşəkarları, operativ şəkildə, istənilən marşrut və tələb olunan nəqliyyat növünü seçərək, yükün təhlukəsiz və keyfiyyətli avtoyükdaşıma təmin edirlər.
Yükünüzün qısa bir müddət ərzində çatdırılması aviadaşıma xidməti vasitəsilə mümkündür. Biz fərdi yanaşma və sərfəli qiymətə zəmanət veririk. Yükün aviadaşıma prosesinə tam nəzarət edir, istənilən məsələləri operativ şəkildə həll edirik. Yük təhlükəsiz şəkildə, qıda bir müddət ərzində çatdırılır.